Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin səkkizinci ayında Avropa Rusiya qazının üçdə ikisini əvəz edəcək bir yer tapıb.

Bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı deyib.

Fon der Lyayenin sözlərinə görə, əvvəllər Rusiya qazından başqa mənbələrdən xammala keçidin müddəti bir neçə il hesablanırdı.

"Amma fakt budur: Rusiya qazının üçdə ikisini əvəz etmək cəmi 8 ay çəkdi", - Avropa Komissiyasının rəhbəri bildirib.

Eyni zamanda, o, digər qaz tədarükçülərinə genişmiqyaslı keçidin "böyük qiymətə" gəldiyini vurğulayıb.

Qazla bağlı vəziyyət:

Avqustun 31-də “Qazprom” “Şimal axını 1” vasitəsilə Avropaya qaz nəqlini dayandırıb. Şirkətdən bildirilib ki, boru kəməri kompressorunun hissələrində neft sızması aşkar edilib və sızma aradan qaldırılana qədər avadanlıqlar dayandırılmalıdır.

Sentyabrın 2-də Rusiyanın “Qazprom” qaz şirkəti “Şimal axını 1” boru kəməri ilə qaz nəqlini qeyri-müəyyən müddətə tamamilə dayandırdığını elan edib. Sentyabrın 3-də Ağ Ev “Şimal axını”nın tamamilə bağlanmasına reaksiya verdi.

Rusiyanın “Şimal axını” qaz kəmərinin dayandırılması fonunda sentyabrın 5-də səhər Avropada qazın spot qiyməti 30% artaraq min kubmetr üçün təxminən 2900 dollara çatıb.

Sentyabrın 6-da Fransa prezidenti Emmanuel Makron Rusiya qazının qiymətinin məhdudlaşdırılması ilə bağlı Avropa Komissiyasının təklif etdiyi variantları dəstəkləyib.

2022-ci il sentyabrın 14-də Aİ Putinin qaz şantajına cavab verdi.

Sentyabrın 26-da “Şimal axını”nda qaz sızması ilə bağlı məlumat yayılıb. Sentyabrın 27-də sızma sahəsində partlayışlar olduğu məlum olub.

2022-ci il sentyabrın 28-də Aİ ölkələri qazın qiymətinin dərhal məhdudlaşdırılmasını tələb ediblər.

Oktyabrın 1-də “Qazprom”un İtaliyaya qaz nəqlini dayandırdığı məlum olub.

2022-ci il oktyabrın 1-də “Qazprom” Moldovaya qaz tədarükünü azaldıb.

2022-ci il oktyabrın 4-də Türkiyə “Qazprom”a ciddi qaz təklifi etmək qərarına gəlib.

Oktyabrın 5-də “Qazprom” qaza tələbatın azaldığını rəsmən etiraf etdi.

Oktyabrın 17-də Avropa Komissiyası qazın qiymətini məhdudlaşdırmaq üçün yeni üsul tapıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN