Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin Əsasnaməsinə və məramnaməsinə baxanda bu dövlət qurumunu fəhlələrin himayəçisi olduğunu düşünürsən... Amma təcrübədən, elə "Təzadlar"a daxil olan şşikayətlərdən bəlli olur ki, əksinə, bəzən müfəttişlik fəhlənin deyil, rəhbərin hüquq və mənafelərini qorumaqla məşğuldur. "Təzadlar"a bu günlərdə Neft Daşlarından daxil olmuş şikayətdə də bunun şahidi oluruq. Məsələyə aydınlıq gətirilməsi üçün Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin hüquqşünası Azər Quliyevə müraciət etdik. A.Quliyev bunları dedi:
- Təəssüflər olsun, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən lşçinin müraciətinə verilmiş və qanunvericiliyə uyğun yoxlanılmamış formal cavablardan biri belə olur: "Müraciətinizlə əlaqədar ——— Şirkətin rəhbərliyi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış məktubda 2022-ci ilin iyun-iyul aylarında müəyyən səbəbdən iş yerində olmayan başqa işçinin əmək funksiyalarını yerinə yetirmədiyiniz, Sizə boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə olunmadığı, öz xahişiniz və işlədiyiniz gəmi kapitanının xahişi nəzərə alınaraq maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün gəmidə vakant olan kapitanın baş köməkçisi-DP üzrə operator vəzifəsinin müvəqqəti icrasına razılıq verilmiş və icra etdiyiniz vəzifə üçün təyin edilmiş tarif maaşına uyğun olaraq müvafiq qaydada əmək haqqı hesablanaraq Sizə ödənildiyi bildirilmişdir" və s. Bu konkret şikayətçiyə verilmiş formal cavabdır....
-Azər müəllim, bəs əslində müfəttişliyin şikayətə konkret cavabı necə olmalıdır?
-Birincisi, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqandır, işçiyə müəssisənin cavabı əsasında deyil, şikayətə uyğun araşdırma aparmaqla cavab verməlidir. Əgər işçi müstəsna hallar istisna olmaqla normadan artıq işlədilirsə, bu əmək qanunvericiliyinun pozulmasıdır və işəgötürən inzibati məsuliyyətə cəlb olunmalıdır. 
-Misal gətirdiyiniz rəsmi cavabda işçiyə bildirilir ki, "...sizə başqa işçinin əmək funksiyası həvalə olunmayıb, maddi vəziyyətinizi yaxşılaşdırmaq məqsədi ilə əlavə işdə işləmisiniz..." Sual olunur, işəgötürənin razılığı olmadan işçi əlavə saatlarda işə çıxa bilərdimi?
-Tamamilə doğrudur... Cavab məktubunda o da qeyd edilir ki, "...müəssisə rəhbərliyi bildirir ki, icra etdiyiniz vəzifə üçün təyin edilmiş tarif maaşına uyğun olaraq müvafiq qaydada əmək haqqı hesablanaraq Sizə ödənilmişdir". Əgər işçi bildirirsə ki, əlavə iş saatlarına görə mənə pul ödənilməyib, işəgötürən isə bildirir ki, ödəmişik, onda bu mübahisənin hüquqi həlli çətin deyil ki, işçinin iş saatları və ödənilən əmək haqqı barədə maliyyə sənədlərini almaqla da asanlıqla yoxlamaq olardı. Amma müfəttişlik araşdırmalı idi ki, bu ödənişlər aparılıb yoxsa, yox, nəinki, işəgötürənin cavabını işçiyə göndərmək lazım idi. Onu da təəssüf hissi ilə bildirim ki, Müfəttişliyin işçilərə həmişə olduğu kimi verdiyi bu formal cavabdakı "...müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır" kimi formal münasibəti təəssüf hissi doğurur. Müfəttişliyin vəzifəsi nədir, məhkəmədən qabaq bu şikayəti qanunauyğun araşdırmaq və müvafiq tədbir görmək deyilmi? Müfəttişliyin vəzifəsi işəgötürənin yazdığı cavabı işçiyə göndərmək deyil, əlbəttə, işəgötürən təbii olaraq şikayəti qəbul etməyəcək, etsəydi mübahisə də yaranmazdı.
Hansı ki, Əmək Məcəlləsinin 15.2-ci maddəsində yazılıb: "Dövlət Əmək Müfəttişliyi Xidməti- əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır, öz səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir".
Əlavə şərhə ehtiyac varmı???
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN