FED-in mart ayından bəri inflyasiyanın qarşısını almaq üçün verdiyi qərarlar qızılın qiymətinə də təsirsiz ötüşməyib

***

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin mütəmadi artırmaq ilə bağlı qərarları qızıl bazarını da “vurub”.

Bu fikirləri millət vəkili Vüqar Bayramov FED-in uçot dərəcəsini artırmasının qızılın da qiymətinə birbaşa təsirindən danışarkən bildirib.

 O, qeyd edib ki, son 6 ayda dünya bazarında 17.0 faiz dəyər itirən qızılın hər qramının qiyməti 63 dollardan 52 dollaradək ucuzlaşıb:

“Bir aylıq və eləcə də illik yekunlar da neqativdir: son 1 ildə 9.0 faiz dəyər itirən qiymətli metal son 1 ayda 2.3 faiz ucuzlaşıb”, -deyə bildirib.

Onun sözlərinə görə, qızılın ucuzlaşması dünya bazarında dolların möhkəmlənməsi fonunda investorların öz pullarını daha çox valyuta bazarına yönəltməsi ilə bağlıdır.

 “Eyni zamanda, sözügedən qiymətli metal uzun müddət artım tendensiyasını da qoruyub saxlaya bilməzdi. Digər strateji birjalarda, o cümlədən neft bazarında da volatilliyin yüksək olması da valyutalara tələbi artırıb. 2022-ci ilin geridə qalan aylarında dollar səbət valyutalara nisbətən 14.0 faiz bahalaşıb. Bu isə ondan xəbər verir ki, əgər qızıl yığımları dəyər itiribsə, əksinə dollara sərmayə investorlara gəlir gətirib”, - millət vəkili bildirib.

Vüqar Bayramov 3.25 faizlik FED uçot dərəcəsinin xarici investorlar üçün əlavə qazanc olduğunu da vurğulayıb.

“Azərbaycanda da yığımlarda qızıldan istifadə olunur. Son qlobal və regional dəyişikliklər göstərir ki, daha çevik yığım alətlərindən istifadə vacibdir. Bu indiki halda, yığımlarda gəlirliyi qorumağın yeganə yoludur”- deyib.

***

Xatırladaq ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi  (FED) uçot dərəcəsinin artımına bu ilin mart ayından start verib. Bunun səbəbi inflyasiyanın yüksək olması kimi göstərilir. FED sədri Cerom Pauel ölkənin iqtisadi inkişafı və işsizliyin artmasına səbəb olsa belə, inflyasiya azalana qədər faiz artımına gedəcəyini bildirir.

 Onun ötən ay etdiyi çıxışına əsasən, ekspertlər hesab edir ki, yeni proqnozlar bu ilin sonuna qədər uçot faiz dərəcəsinin 4.25%-4.50% aralığına yüksələcəyi və 2023-cü ilin sonunda 4.50%-4.75% səviyyəsində olacağını göstərir. 2024-cü ilə qədər uçot dərəcəsinin azaldılması gözlənilmir.  

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN