Payızlıq əkinlərin başlaması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bölgələrdə informasiya kampaniyası davam edir.

"100 kənddə 100 təlim" adı altında keçirilən növbəti təlim Şəki rayonunda baş tutub.

Təlimlərdə fermerlərə payızlıq əkinlər zamanı aqrotexniki tədbirlərin düzgün təşkili barədə məlumat verilib. Maarifləndirmə sessiyaları zamanı Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisləri fermerlərə bol və keyfiyyətli məhsul əldə etmək üçün zəruri olan aqrotexniki tədbirlər, taxıl əkininin texnoloji xəritəsi, aqrotexniki tədbirlərin ardıcıllığı, səpin və gübrə norması, aqtokimyəvi analizin fermerlərə verdiyi üstünlüklər, sertifikatlı toxumdan istifadənin məhsuldarlığı müsbət təsiri, növbəli əkin sistemi, taxıl sahələrində xəstəliklərə, zərərvericilərə və gəmiricilərə qarşı mübarizənin təşkili və digər aktual mövzularda məlumatlar verib, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Qurumdan verilən məlumata görə, tədbirdə həmçinin "Prior Leasing" ASC tərəfindən kənd təsərrüfatı avadanlıqları, o cümlədən kombayn, traktor və digər texnikalar  nümayiş etdirilərək ətraflı məlumatlar verilib, fermerlərə maarifləndirici materiallar təqdim olunub.

Hazırda bölgələrdə fermerlərin maarifləndirilməsi davam etdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN