Humanitar təşkilatların Ukraynanın Rusiya ordusu tərəfindən işğal olunmuş ərazilərində olan milyonlarla ukraynalıya çıxışı yoxdur. Qış yaxınlaşdıqca vəziyyət daha da pisləşə bilər. 

Bunu BMT-nin Ukraynadakı daimi əlaqələndiricisi Denis Braun “”Amerikanın Səsi” radiosuna müsahibəsində deyib.

"Fakt budur ki, biz mütəmadi olaraq hər iki ölkədən cəbhə xəttindən giriş üçün müraciət edirik, lakin təəssüf ki, Rusiya Federasiyası bizə bu girişi hələlik verməyib. Bu, humanitar imperativə əsaslanan sırf humanitar tələbdir", - deyə Braun bildirib.

Braun Təşkilatın qışda ukraynalıların bütün ehtiyaclarını ödəyə bilməyəcəyindən narahatdır.

 “Biz bütün ehtiyacları ödəyə bilmirik - girişin ən çətin olduğu cəbhə xəttinə ən yaxın olan icmalara diqqət yetiririk”, -deyə BMT sözçüsü bildirib.

Onun komandası izolyasiya yardımını gücləndirir, icmalara qızdırıcıları, zədələnmiş damları düzəltməyə kömək edir, döşəklər, adyallar və isti paltarlar paylayır, həmçinin xəstəxanalara ehtiyat generatorlar və mobil istilik dəstləri təklif edir.

 Qeyd edək ki, BMT ukraynalılara kömək üçün 4,3 milyard dollar ayırmağı xahiş edir ki, bunun da təxminən 3 milyard dollarını cəlb edib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN