2025-ci ilə qədər Rusiya Federasiyası ilə Türkiyə arasında ticarət dövriyyəsi 60 milyard dollara çata bilər.

Bu barədə Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev “Made in Russia 2022” beynəlxalq ixrac forumunda çıxışı zamanı bildirib.

"Azov-Qara dəniz hövzəsində yük dövriyyəsi ildə təqribən 250 milyon ton təşkil edə bilər", - deyib.

Nazir müavini türkiyəli tərəfdaşlarla birgə həyata keçirilən tədbirlərin həm idxalçılar, həm də ixracatçılar üçün rahat şəraitin yaradılmasına imkan yaradacağına ümidvar olduğunu bildirib.

O, həmçinin əlavə edib ki, 2022-ci ilin doqquz ayında Rusiya ilə Türkiyə arasında ticarətin həcmi keçən illə müqayisədə, ilk növbədə neft, qaz, kömür və neft məhsulları kimi enerji məhsulları hesabına təxminən iki dəfə artıb.

Həmçinin onun sözlərinə görə, “qeyri-əsas” ixrac 19% artıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN