Hərrac vasitəsilə əldə edilən avtomobilin üzərinə həbs olduğu müəyyən olunub.

Vətəndaş dövlət orqanının keçirdiyi hərracda avtomobil udub, həmin maşının rəsmiləşdirməsi zamanı isə nəqliyyat vasitəsinin üzərinə həbs qoyulduğu məlum olub.

TEZADLAR.AZ xəbər  verir ki, belə bir hadisə ilə paytaxt sakini Sübhan Mustafayev qarşılaşıb.

Onun sözlərinə görə, bu ilin mart ayının 31-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda iştirak edib.

Sübhan Mustafayev qalib olaraq ''Aztelekom'' MMC tərəfindən hərraca çıxarılan minik avtomobilini satın alıb. O, bunun üçün 6665 manat pul ödəyib. Qeydiyyat zamanı isə nəqliyyat vasitəsinin üzərinə həbs qoyulduğu üzə çıxıb.

Sübhan Mustafayev iddia edir ki, avtomobilin problemi tək bununla yekunlaşmayıb.

Şikayətçi qarşılaşdığı problemlə bağlı həm ''Aztelekom'' MMC-yə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib. Problemin həll ediləcəyi bildiriləsə də, Sübhan Mustafayev avtomobili hələ də öz adına rəsmiləşdirə bilməyib.

İddialarla bağlı ''Aztelekom'' MMC-nin mətbuat katibi Alidə Mustafayeva ''Xəzər Xəbər''ə bildirdi ki, Şirvan Şəhər Məhkəməsinə vətəndaşın əldə etdiyi həmin nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə müraciət edilib və məhkəmənin qərardadı ilə artıq avtomobilin üzərindən həbs götürülüb.

Əmlak Məsələləri Dövlət Xidmətindən isə bildirildi ki, bəzi hallarda nəqliyyat vasitələrinin cərimələri ilə bağlı problemlərlə rastlaşırlar. Bu problemləri həll etmək üçün artıq Daxili İşlər Nazirliyinə müraciət olunub və hərraca çıxarılması nəzərdə tutulan nəqliyyat vasitələrinin cərimələrinin olub-olmaması əvvəlcədən dəqiqləşdirilir. Dəqiqləşdirmələr zamanı əgər nəqliyyat vasitəsinin cəriməsinin mövcudluğu məlum olarsa, onun balanssaxlayıcı təşkilatına cərimənin ödənilməsi barədə məlumat verilir və cərimə ödəndikdən sonra nəqliyyat vasitəsi hərraca çıxarılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN