“Bakı-Abşeron torpaqları çox kasıbdır, şoranlaşıb. Zeytun ağaclarını artıq aran rayonlarda da əkmişik”.

Bunu  "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov jurnalistlərin Bakının Hövsan qəsəbəsinin ərazisində yerləşən tingçilik təsərrüfatına mediatur zamanı bildirib. Ramik Əşrəfov "Təzadlar"a açıqlamasında qeyd etdi ki, indiyədək ehtiyac olmadığı üçün istixanada qızdırıcıdan istifadə etmirlər, hansı ki, torpağın altında bu sistem əvvəlcədən quraşdırılıb. Onun sözlərinə görə, körpə fidanlar buranın öz normal temperaturunda boy atırlar, çünki əgər istilik sistemi qoşularsa, onlar iki aya kök ata bilər. “Buradakı zeytun tingləri Türkiyənin “Gemlik” və “Ayvalık” sortlarıdır. Bu sortlarda yağlılıq faizi yüksək olur. Bu tingləri yanvar ayında kökləndirməyə vermişik və artıq əkinə hazır vəziyyətə gətirmişik. Bu sortlar artıq 2-3 yaşından meyvə verir, amma bağ kimi bol məhsul verməsi isə 15 yaşından başlayır. Biz bağları əsasən 4-ün 3-ə, 4-ün 4-ə məsafəsində, yəni yaşıllıq məqsədi ilə salırdıq. Son vaxtlar, ölkə prezidentinin göstərişi ilə aqroparklar salınır ki,  artıq biz də bağ təsərrüfatı məqsədilə 4-ün 4-ə əkirik”,- deyə o bildirdi.

Qeyd edək ki, əvvəllər zeytun ağclarının yalnız Abşeron – Bakı iqliminə, torpağına uyğun olduğu deyilirdi.

Lakin R.Əşrəfov bildirdi ki, artıq bəzi aran rayonlarında da zeytun ağacları əkilib və yaxşı məhsul əldə olunub.

“Bakı-Abşeron torpaqları çox kasıbdır, şoranlaşıb. Zeytun ağaclarını artıq aran rayonlarda da əkmişik. Zeytun ağacının İspaniya sortu Siyəzəndə əkilib və nəticəsi də əla olub. Həmçinin Ağdaşda, Göyçayda da zeytun əkmişik. Yenə də çox gözəl nəticə əldə olunub. Məsələn, Hacıqabul demək olar ki, Abşeronun yaxınlığında yerləşir. Orada da əkmişik, çünki zeytun ağaclarını dolu vurma və şaxtanın yüksək olduğu dağ rayonlarında əkilməsi məqsədə müvafiq deyil”, - deyə  bildirib. 

 JASMİN

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN