Rusiya müqavilədə iştirakını müvəqqəti dayandırmaq qərarına gəldikdən sonra Türkiyə və Birləşmiş Millətlər Təşkilatından (BMT) olan ekspertlər taxıl müqaviləsi çərçivəsində gəmilərin yoxlanılmasını bərpa ediblər.

Bu barədə Reuters BMT nümayəndəsinə istinadən məlumat yayıb.

Oktyabrın 30-da dünya təşkilatının İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki nümayəndəliyindən bildirilib ki, BMT, Türkiyə və Ukrayna nümayəndə heyətləri oktyabrın 31-nə dəniz humanitar dəhlizi boyunca 16 gəminin hərəkəti üçün qrafiki razılaşdırıblar.

Xatırladaq ki, oktyabrın 29-da Rusiya Kiyevdə Qara dəniz donanmasının gəmilərinə və “taxıl dəhlizi”nin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə yönəlmiş terror aktının qarşısını alıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Kiyev rejimi Böyük Britaniya nümayəndələrinin rəhbərliyi ilə terror aktı həyata keçirib.

Oktyabrın 30-da Ukraynanın britaniyalı kuratorların rəhbərliyi altında istifadə etdiyi dəniz qüvvələrinə məxsus pilotsuz təyyarələrin qalıqları aşkar edilərək su səthinə qaldırılıb.

Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri digər dövlət idarələrinin nümayəndələri ilə birlikdə pilotsuz uçuş aparatlarında quraşdırılmış Kanada istehsalı olan naviqasiya modullarına baxış keçirib.

Mütəxəssislər müəyyən ediblər ki, qurğular Odessa şəhəri yaxınlığındakı sahildən buraxılıb. Bundan əlavə, dəniz pilotsuz təyyarələri Sevastopoldakı Rusiya gəmi bazası istiqamətində marşrutu dəyişdirərək "taxıl dəhlizinin" təhlükəsizlik zonası boyunca hərəkət etdi.

Ekspertlərin fikrincə, pilotsuz təyyarələrdən biri də Ukraynanın dəniz limanlarından kənd təsərrüfatı məhsullarının ixracı üçün Kiyev və ya onun Qərb himayədarları tərəfindən icarəyə götürülmüş mülki gəmilərdən birindən buraxıla bilərdi.

Rusiya gəmilərə hücuma görə taxıl müqaviləsini dayandırıb. Rusiya tərəfi bəyan edib ki, belə şəraitdə o, əməliyyatın təhlükəsizliyinə zəmanət verə bilməz.

E.ŞİRİNOV

 

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN