“Vaxtilə zeytun ağaclarını rəsmi qaydada, dövlət vəsaiti hesabına Türkiyədən alırdıq, amma...”.

 Bunu  "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov jurnalistlərin Bakının Hövsan qəsəbəsinin ərazisində yerləşən tingçilik təsərrüfatına mediatur zamanı bildirib.

 “...2014-cü ildən başlayaraq bir ədəd də olsun kənardan ağac tingi almamışıq. Hamısını özümüz yetişdiririk. Hazırda 500 mindən çox zeytunumuz var - həm çilik formasında, həm də dibçəklərdə, polietilen torbalarda. Onları bağlı halda yetişdiririk. Kökü bağlı olanda torpaq şəraitinə tez uyğulnaşır və əkin mövsümü uzanır. Məsələn, may ayında əkini dayandırırlar, amma biz iyunda da, sentyabrda da əkə bilərik. Dibçəklərdə olanlar isə daha rahat əkilir”, - deyir. 

Ramik Əşrəfov diqqətə çatdırır ki, Qarabağda yaşıllaşdırma tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq istixanalardakı istilik qurğularını da işə salacaqlar .

“…İmkanlarımız artdıqca ildə 2-3 milyon zeytun ağacı kökləndirə biləcəyik. Artıq işğaldan azad olunmuş Zəngilan rayonunun 55 hektar sahəsində müxtəlif növ ağac əkininə başlamışıq. Həmçinin Füzulidə aeroport ərazisinin 200 hektardan çox olan sahənin 60 hektarında, Cəbrayılda 25 hektar ərazidə torpağın ilkin hazırlıq mərhələsini aparmışıq. Minatəmizləmə işləri yekunlaşdıqca, təhlükəsizlik tədbirləri görüldükdən sonra Şəhərsalma həmin torpaqları bizə təqdim edir və biz də əvvəlcə torpağın hazırlanma prosesini həyata keçiririk ki, gələcəkdə də bağlar salınsın. Nazirimiz Muxtar Babyevin bu sahədə planları genişdir, böyükdür. Ola bilsin ki, payızda və yazda Qarabağda əkdiyimiz və əkəcəyimiz bağları siz də görə bildiniz…”

O, daha sonra izah edir ki, bəzi ağacların - iydə, göyrüş, akasiyanın… bu torpaqlarda ömrü azdır.

“Təqribən 10-15 yaşlarından qurumağa başlayırlar. Ona görə də az qiymətli ağacları daha qiymətli ağaclarla dəyişirik. Yəni quruyub sıradan çıxanların əvəzinə zeytun ağacları əkirik. Eyni zamanda, kommersiya məqsədi ilə də təşkilatlar, şirkətlər bizdən bu tingləri – həm  torbalarda, həm də dibçəklərdə ala bilərlər”, - deyə vurğulayır. 

 

JASMİN

 

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN