Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin yaydığı məlumata görə, bu barədə Nijni Novqorodun işgüzar dairələrinin Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyi ilə keçirilən videokonfransda bildirilib.

"Müzakirələr zamanı region müəssisələrinin informasiya təminatı və Azərbaycanda keçirilən sərgi tədbirlərində iştirakı məsələlərinə xüsusi diqqət yetirilib", - məlumatda deyilir.

Görüşdə regionun tibbi avadanlıq, tibbi geyim, yem, qida, mebel, xüsusi nəqliyyat vasitələri, proqram təminatı və s. istehsalı sahələrində fəaliyyət göstərən 17 müəssisənin nümayəndələri iştirak ediblər.