Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkə büdcəsindəki 50 milyard funt-sterlinq (57,5 milyard dollar) boşluğu doldurmaq üçün vergiləri artırmağa hazırlaşır.

Bu barədə “Financial Times” nəşri xəbər yayıb.

Xəbərdə bildirilir ki, Britaniya Xəzinədarlığının rəhbəri Ceremi Hant və baş nazir oktyabrın 31-də bu sahədə görüləcək işlər barədə razılığa gəliblər. “Çətin olacaq. Həqiqət budur ki, əgər biz dövlət xidmətlərini saxlamaq istəyiriksə, vergilər sahəsində hər kəs daha çox töhfə verməli olacaq", - Britaniya Xəzinədarlığındakı mənbənin məlumatında deyilir.

Qeyd edilib ki, koronavirus pandemiyası zamanı yüz milyardlarla borc götürdükdən və əhalinin elektrik enerjisi ödənişlərinə kütləvi dəstəyini həyata keçirdikdən sonra büdcə boşluğunu təkcə xərclərin azaldılması hesabına bağlamaq mümkün olmayacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN