Meşələrdən ağac kəsənlər isə azadlıqdan məhrum edilə bilər.

““Magistral yollarda, eləcə də bazarlarda və digər yerlərdə nəzarəti gücləndirmək üçün 300-dən çox mobil qrup yaradılıb”.

***

Ölkəmizdə olduğu kimi, Qazaxıstanda da ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə tədbirləri görülür.

Lakin yeni il ərəfəsində  Qazaxıstan polisinin qayğısını artıran  iynəyarpaqlı ağacların qanunsuz kəsilməsidir. Bu məqsədlə polis nəzarəti gücləndirib.

Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Şuqıla Turlıbek yaşı daha az olan iynəyarpaqlı ağacların qanunsuz kəsilməsi, yığılması, daşınması və satışına görə məsuliyyəti xatırladıb.

“Magistral yollarda, eləcə də bazarlarda və digər yerlərdə nəzarəti gücləndirmək üçün 300-dən çox mobil qrup yaradılıb. Yaşayış məntəqələrində iynəyarpaqlı ağacların naməlum yerlərdə, habelə müvafiq sənədləri olmayan yerlərdə satışına qadağa qoyulmasına nəzarət məqsədilə yoxlamalar aparılır. Xatırladım ki, iynəyarpaqlı ağacların satışına icazənin olmadığı aşkar olunarsa, yaşıllıqların saxlanması və mühafizəsi qaydalarının pozulmasına görə satıcı inzibati məsuliyyətə cəlb oluna bilər”,- deyə DİN nüaməndəsi diqqətə çatdırıb.

Bu maddə üzrə nəzərdə tutulmuş cəza xəbərdarlıq və ya cəriməni nəzərdə tutur:

- fiziki şəxslər üçün 15 AHG (Aylıq Hesablama Göstəricisi -red) miqdarında;

- kiçik müəssisələr və ya qeyri-kommersiya müəssisələri üçün - 30 AHG;

- orta sahibkarlıq subyektləri üçün - 50 AHG;

- iri sahibkarlıq subyektləri üçün - 150 AHG.

Qeyd edək ki, Qazaxıstan CM-nin müvafiq maddəsinə görə, meşələrdən bu ağacları kəsənlər ən ağır cəza ilə- azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.

“Meşə əkinlərinin qanunsuz kəsilməsi aşkar edilərsə, Qazaxıstan Respublikasının Cinayət Məcəlləsi azadlıqdan məhrum etmə şəklində ən yüksək cəzanı nəzərdə tutur. Profilaktik tədbir Yeni il bayramlarına qədər davam edəcək”, - deyə Turlıbek xatırladıb.

Qeyd edək ki, ölkəmizdə də qanunsuz ağac kəsilməsi məsələsi yaralı yerimizdir. Bizdə daha çox yaşıllıqları və parkları məhv edənlər arasında bina tikintisi ilə məşğul olan MMC-lər, restoran, əyləncə mərkəzləri və s. tikən sahibkarlar, həmçinin meşələrimizdən satış məqsədilə qiymətli ağacları baltalayan -  “yaşıl soyqırım” həyata keçirən ayrı-ayrı şəxslər çoxluq təşkil edir.

 Və Azərbaycanda da bununla bağlı mübarizə aparılır. Lakin təəssüf ki, tətbiq edilən cərimələr təbiətə balta çalanların sayını azaltmır...

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN