Bu il ötən ilkindən 33 min ton çox ərzaqlıq buğda istehsal olunub

***

2021-2022-ci əkin ilində fəaliyyət göstərən 44 aqroparkın 181 min hektar əkinə yararlı ərazisinin 71%-i və ya 127.2 min hektarı əkin dövriyyəsinə cəlb edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin Aqrar zonaların inkişafı şöbəsinin müdiri Amir Məmmədov aqroparkların llər üzrə istehsal göstəricisindən danışarkən bildirib.

O, cari ildə aqroparklarda 16.4 min hektar sahədə təkrar əkin (qarğıdalı, soya və günəbaxan) aparıldığını, 2021-2022-ci illərdə əkin dövriyyəsinə cəlb olunmuş 127.2 min hektar torpaq sahəsinin 80 min hektarı suvarılan ərazilər olduğunu və bunun da 54 min hektarında (67%) mütərəqqi suvarma sistemləri qurulduğunu (43.7 min ha pivotaltı, 8.2 min ha damlama, 1.8 min ha sprinkler) diqqətə çatdırıb.

Mütəxəssis vurğulayıb ki, aqroparklarda 2022-ci ildə 152 min ton buğda (ərzaqlıq 89 min ton, toxumluq 31 min ton, yemlik 32 min ton) istehsal edilib. Buğda əkilmiş 21.7 min hektar pivotaltı sahəsində orta məhsuldarlıq 4,5 ton olub.

“Qabaqcıl aqroparklarda hər hektara düşən orta məhsuldarlıq arpa və buğda üzrə 6-7 ton/ha (ölkə üzrə 3.2 ton), qarğıdalı üzrə 12-15 ton/ha (ölkə üzrə 6 ton), şəkər çuğunduru üzrə isə 80 ton/ha (ölkə üzrə 43 ton/ha) təşkil edir”,- deyə qeyd edib.

Həmçinin əlavə edib ki, 2022-ci ildə istehasl olunan 89 min ton ərzaqlıq buğda əvvəlki ilə nisbətən 33 min ton çoxdur.  

*** 

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ölkədə fəaliyyət göstərən 51 aqroparkın idarəçiliyini həyata keçirir. Bu aqroparkların 40-da taxıl əkilir və yüksək məhsuldarlıq əldə edilir. 2021-ci ildə aqroparklarda 138 min ton buğda istehsal olunub və bunun da cəmi  55 min tonu ərzaqlıq buğda olub.

Qeyd edək ki, Azərbaycanın buğda təlabatı təqribən 3,1 - 3,5 milyon tondur. Ölkəmizdə istehsal olunan buğdanın həcmi isə təxminən 1,9 milyon tondur. İndiyədək Azərbaycan buğda tələbatının 60%-ə yaxınını yerli istehsal hesabına ödəyib. Dünyada buğda ixracının 29%-i Rusiya və Ukraynanın payına düşür. 

Ölkəmizə əsasən Rusiya, Qazaxıstan və Ukraynadan taxıl idxal olunur - daha çox hissəsi isə Rusiyadan idi.

DSK-nin məlumatına görə, ötən il Azərbaycana buğda idxalı 1,148 milyon ton olub. İdxal olunan buğdanın 1,088 milyon tonu Rusiyadan gəlib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN