Bu il ticarət birjalasında türk lirəsinə olan tələbat 17 dəfə artıb.

Moskva Birjasının İdarə Heyətinin sədri Yuri Denisov bildirib ki, milli valyutalara marağın dəyişməsi və onların ticarət həcminin dollar və avro ilə əvəzlənməsi müşahidə olunmaqdadır.

Bu il erməni dramı, özbək sum, Cənubi Afrika randı, qırğız somu, tacik somonisi ilə ticarətə başlanılıb. 2023-cü ildə BƏƏ dirhəmi, Azərbaycan manatı və Misir funtu ilə ticarətə başlanılacaq.

Denisovun sözlərinə görə, bunlar Rusiyanın əsas xarici ticarət tərəfdaşlarının valyutalarıdır.

“Noyabrda dost valyutalarla əməliyyatların payı ümumi həcmin 34%-ni təşkil edibsə, ilin əvvəlində bu, 0,5%-dən az olub.

2022-ci ildə türk lirəsi ilə ticarətin həcmi 17 dəfə, Qazaxıstan tengesi ilə 13 dəfə, Çin yuanı ilə 41 dəfə, Belarus rublu ilə 110 dəfə artıb.İlin əvvəlindən dolların spot- bazarda payı iki dəfə azalıb”, - Moskva birjasının idarə heyətinin sədri diqqətə çatdırıb.

 Moskva Birjasının Biznesin İnkişafı Departamentinin idarəedici direktoru Kirill Pestov isə bildirib ki, 2023-cü ildə “türk lirəsi - rus rublu”, “Honq-Konq dolları - rus rublu” və “ABŞ dolları - Çin yuanı” cütləri fyuçers bazarına çıxarılacaq.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN