"İşğal zamanı Şuşada törədilən vandalizim, dağıntı və digər xoşagəlməz halların aradan qaldırılması üçün qərara alındı ki, yeni Baş Plan hazırlansın. Artıq bu işlər tamamlanmaq üzrədir".

Bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dekabrın 21-də Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumunda deyib. Sitat: "Biz Baş Plana uyğun olaraq, müəyyən işlər apardıq".

Bəli, Şuşanın tarixi görkəmi bərpa edilməklə bərabər, həm də yeni gözəgəlimli, müasir tikililəri ilə tezliklə dünya turistlərinin üzünə açıq olacaq. Hazırda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Problem ondadır ki, ermənilərin 30 illik işğalı dövründə dağıdılan dağıdılıb, dağıdılmayanlar isə baxımsız qalaraq pis günə düşüb...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN