Son bir həftə ərzində Rusiyanın Rostov vilayətindən Azərbaycana 19 ton dondurulmuş balıq gətirilib.

  "Rosselxoznadzor”un yaydığı məlumata görə, balıq məhsulu dekabrın 12-dən 19-dək Azərbaycana ixrac üçün yoxlanılaraq emal edilib.

Dekabrın birinci ongünlüyündə də  "Rosselxoznadzor” Azərbaycana  Rostovdan 119 tondan çox dondurulmuş balıq və balıq məhsulları göndərildiyi barədə məlumat yaymışdı.

***

Qeyd edək ki, Rostov bölgəsində balıqçılıq yüksək dərəcədə inkişaf etmişdir.

Burada xüsusi yaradılmış proqram sayəsində 2030-cu ilə qədər Don sularına hər il 1,5 milyona qədər müxtəlif balıqlar, o cümlədən nərə balığı da buraxılacaq.

 Ölkəmiz təkcə Rusiyadan balıq idxal etmir, belə ölkələrin sırasında Qazaxıstanın da adı var.

DGK-nın məlumatına görə, 2021-ci ilin yanvarında ölkəmizə dəyəri 2 227.47 min ABŞ dolları təşkil edən balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 77.64 min dollar və ya 4% çoxdur.

Hesablamalara görə, Azərbaycanda adambaşına düşən illik balıq və balıq məhsullarının istehlak səviyyəsin 6-7 kiloqramdır. Hansı ki, adambaşına düşən istehlak səviyyəsinin 8 kq-dək artırmaq imkanlarımız olduğu da bildirilir.

Mütəxəssislərin fikrincə, ölkəmizdə balıq istehsalının azalmasının əsas səbəbi Kür çayının səviyyəsinin aşağı düşməsidir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN