Rusiya prezidenti Vladimir Putin neftin qiymətinə yuxarı həddi tətbiq etmək üçün cavab tədbirləri haqqında fərman imzalayıb. Sənəd bu gün, dekabrın 27-də hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Fərmana əsasən, müqavilələrdə qiymət həddi müəyyən edənlərə Rusiyadan neft və neft məhsullarının tədarükünə qadağa qoyulur. Müqavilədə qiymət həddi mexanizmindən istifadə edildiyi halda neftin xarici alıcılara satılması da qadağandır.

Qeyd olunur ki, Rusiya neftinin qiymət tavanı tətbiq etmiş ölkələrə tədarükü yalnız dövlət başçısının xüsusi qərarı əsasında mümkün olacaq.

Fərmana əməl olunmasına Energetika Nazirliyi nəzarət edəcək. Sənəd 2023-cü il iyulun 1-dək etibarlı olacaq.

Qeyd edək ki, dekabrın 5-də G7 ölkələri və Avstraliya Rusiya neftinin qiymətinin yuxarı həddi tətbiq edib, ona əsasən, neftin bir barel üçün 60 dollardan ticarət ediləcəyi bildirilir. Bu tədbir təkcə Drujba neft kəməri ilə yanacaq tədarükünə şamil edilmir.

Bundan əvvəl Rusiyanın enerji qiymətlərinin yuxarı həddini qəbul etmədiyi bildirilirdi. Kreml bildirib ki, əgər Rusiya indi “səxavətli” tavanla razılaşarsa, gələcəkdə onun maraqlarını pozan məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN