"Təkcə Türkiyə bazarını açmaqla biz dərmanların qiymətlərini 60-80% aşağı salmışıq, bununla da vətəndaşlar 200 milyon laridən çox qənaət etmiş oldu".

Tezadlar.az Gürcüstan KİV-lərjnə istinadla xəbər verir ki, bu sözləri baş nazir İrakli Qaribaşvili 2022-ci il hesabatını təqdim edərkən deyib. Hökumət başçısının sözlərinə görə, yeni ildən dərmanlara istinad qiymətləri müəyyən etməklə qiymətlərdə yenidən ucuzlaşma müşahidə olunacaq. Qaribaşvili eyd edib ki, əsas odur ki, dərman vasitələrinin keyfiyyətinə daimi nəzarət aparılsın və bu məqsədlə 2022-ci ilin sonunadək yaxşı istehsal təcrübəsi və yaxşı distribütorluq təcrübəsi standartına keçid başa çatdırılacaq.
Baş nazir bildirib ki, 2023-cü ildə ümumilikdə 150 ambulatoriyanın bərpası və tikintisi də nəzərdə tutulub.

Gürcüstanın Türkiyə ilə ticari əlaqələrinin genişlənməsi, əslində, bu ölkəni iqtisadi bataqlıqdan xilas etməkdədir. Ölkənin bütün iqtisadi-siyasi ekspertləri bu faktoru açıq şəkildə etiraf edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN