Türkiyə İstanbulda Rusiya tərəfi ilə yaradılan qaz qovşağına hər hansı məhdudiyyət qoymaq niyyətində deyil.

Bu barədə TVnet-ə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Fatih Dönməz məlumat verib.

Dönməzin sözlərinə görə, qaz qovşağında təbii qazın satışı üçün bazar mexanizmlərindən istifadə olunacaq.

O əlavə edib ki, Ankara satıcı ilə alıcı arasındakı münasibətlərə qarışmayacaq, eləcə də əməliyyatları məhdudlaşdırmayacaq. Fatih Dönməz qovşağın Moskvaya qarşı sanksiyalar altında fəaliyyət göstərməsi ilə bağlı sualı belə cavablandırıb.

Türkiyənin Energetika Nazirliyinin rəhbəri qeyd edib ki, respublika qaz sövdələşmələrinin şəffaf sistemi yaratmaq niyyətindədir. Dönməz xatırladıb ki, Moskva çox vacib yanacaq tədarükçüsüdür.

Türkiyəli nazir əlavə edib ki, Ankara ilə Moskva arasında qaz tədarükü üzrə müqavilələr uzunmüddətlidir və yanacağın qlobal qiymətini nəzərə alır. O vurğulayıb ki, Türkiyə tərəfi yanacaq tədarükü üçün başqa mənbələr axtarmır, çünki Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmayıb.

Bundan əvvəl bildirilmişdi ki, Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı qərarlar bu il veriləcək.

Dekabrın əvvəlində “Qazprom”un rəhbəri Aleksey Miller Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu ölkədə qaz qovşağının yaradılmasını müzakirə edib.

Noyabrın ortalarında Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan artıq Türkiyədə böyük qaz qovşağının yaradılmasını müzakirə edirdilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN