Çərşənbə axşamı günü ticarət məlumatlarına əsasən, Londonun ICE birjasında Brend markalı neftin 2023-cü ilin mart ayı üçün fyuçers müqaviləsinin qiyməti dekabrın 5-dən bəri ilk dəfə bir barel üçün 87 dollara qədər yüksəlib.

Moskva vaxtı ilə saat 11:00-a olan birjaya əsasən, Brend markalı neftin qiyməti 1,27% bahalaşaraq 87 dollar/barelə bərabər olub.

Moskva vaxtı ilə saat 11:08-də neftin qiyməti səngiyib və bir barel üçün 86,44 dollar (+0,62%) təşkil edib. Eyni zamanda, WTI markalı xam neftin 2023-cü ilin fevral ayı üçün fyuçersləri 0,9% artaraq bir barel üçün 80,98 dollar olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN