Gürcüstanda Azərbaycan kapitallı 700-dən çox şirkət fəaliyyət göstərir.

Bunu Qafqaz Xalqları Konfederasiyasının sədri, gürcüstanlı ekspert Zaal Kasrelişvili bildirib.

O, qeyd edib ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyalar 3 milyard dolları ötüb və bu investisiyalar hər iki tərəfin maraqlarına cavab verdiyi üçün qarşılıqlı faydalıdır.

Ekspert Cənubi Qaz Dəhlizinin Gürcüstan üçün mühüm əhəmiyyətindən də bəhs edib.

O, vurğulayıb ki, Cənub Qaz Dəhlizinin başlıca məqsədlərindən biri Avropa bazarında rəqabəti artırmaqdır və bu dəhlizlə Rusiyanın qaz idxalından yüksək dərəcədə asılı olan Balkan ölkələrinə kommersiya baxımından cəlbedici və ekoloji cəhətdən təmiz təbii qazın tədarükü təmin ediləcək.

Ekspert dəhlizin həm  Gürcüstan, həm Azərbaycan, həm də Avropa üçün böyük iqtisadi və siyasi əhəmiyyət kəsb etdiyini, ölkələrimizin  birgə fəaliyyətinin, mövqelərimizin üst-üstə düşməsinin gələcəkdə bu dəhlizin daha böyük etibarlılıq nümayiş etdirəcəyini də diqqətə çatdırıb.

 Onun sözlərinə görə, yaxın vaxtlarda  Qazaxıstan və Türkmənistan hökumətləri də Azərbaycan və Gürcüstanla öz enerji daşıyıcılarının nəqli ilə bağlı danışıqlara başlaya bilər.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Xəzərdən Avropaya təbii qazın nəql edilməsi üçün nəzərdə tutulan böyük qaz boru kəməri, nəhəng infrastruktur layihəsidir. Layihə 4 hissədən - “Şahdəniz-2” təbii qaz yatağı, Cənubi Qafqaz Boru kəməri, Trans-Anadolu Təbii Qaz kəməri (TANAP) və Trans-Adriatik Boru (TAP) kəmərindən ibarətdir. 

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN