Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstanda öküz və quzuların ixracına məhdudiyyətlər tətbiq edilib.

Belə ki, 31 dekabr 2022-ci il tarixindən Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirinin əmrinə əsasən, Qazaxıstanda kənd təsərrüfatı heyvanlarının ölkə ərazisindən çıxarılması ilə bağlı yeni qaydalar qüvvəyə minib.

Beləliklə, aşağıdakı kəmiyyət məhdudiyyətləri tətbiq edilmişdir:

- Qazaxıstan ərazisindən üçüncü ölkələrə və Avrasiya İqtisadi İttifaqının dövlətlərinə 60 min baş həcmində öküzlərin ixracı üçün;

- Qazaxıstan ərazisindən üçüncü ölkələrə və Aİİ dövlətlərinə 120 min baş quzuların ixracı üçün.

Kənd Təsərrüfatı Nazirliyindən aydınlıq gətirilib ki, kvotalar yalnız yaşı 12 aydan yuxarı olan öküzlər və 6 aydan yuxarı quzular üçün müəyyən edilir və damazlıq mallara şamil edilmir.

“1 yem sahəsinə düşən iribuynuzlu mal-qaranın (mal-qara) limiti 500 başdır, 1 əmtəə istehsalçısına 200 baş, 1 yem sahəsinə xırdabuynuzlu üçün 1000 baş, 1 əmtəə istehsalçısına 500 baş düşür”, - Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

 Bu günə kimi ölkə üzrə 602 baş iribuynuzlu mal-qara sonrakı ixrac üçün karantinə alınıb.

Qeyd edək ki, Qazaxıstan Respublikası Statistika Komitəsinin məlumatına görə, 2021-ci il yanvarın 1-nə respublikada 7848,5 min baş inək və öküz, oktyabrın 1-nə isə 8563,2 min baş bu heyvanlar qeydə alınıb. Nəticədə yanvarın 1-dən oktyabrın 1-dək iribuynuzlu mal-qaranın sayı 714,7 min baş və ya 9,1 faiz artıb.

Azərbyacan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2022-ci ilin aprelində ölkə üzrə 8168,8 min baş qoyun və keçi, 2666,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1295,3 min baş inək və camış, 5952 baş donuz mövcud olub. İribuynuzlu mal-qaranın 48,6 faizini inək və camışlar təşkil edir.

2021-ci ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 6,1 min baş (0,2 faiz), inək və camışların sayı 8,4 min baş (0,7 faiz) artmış, qoyun və keçilərin sayı isə 110,4 min baş (1,3 faiz) azalmışdır.

  

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN