Kanadada müəyyən kateqoriyalı ziyarətçilər istisna olmaqla, əcnəbilərin ev almasına iki illik qadağa qüvvəyə minib.

Bu barədə Bbc. com xəbər yayıb.

Kanada hakimiyyətinin bu addımı atmaqda məqsədinin dünyanın ən bahalılarından biri hesab olunan mənzil bazarındakı qiymətləri bu yolla azaltmaq olduğu bildirilir. Keçən yaydan etibarən Kanadada evlərin orta qiyməti 568.000 dollara yüksəldi – bu, vergilərdən sonra orta gəlirdən 11 dəfə çox.

Qadağa yanvarın 1-dən qüvvəyə minib və yalnız mənzil fondunun bir hissəsinə şamil edilir. Onu pozmağa görə cərimə 10 min Kanada dolları (və ya ABŞ valyutası ilə təxminən 7300) təşkil edir.

Dekabrın sonunda, qadağanın qüvvəyə minməsindən 11 gün əvvəl Kanada hökuməti ən azı 5 il ölkədə olan xaricdən gələn tələbələr, qaçqınlar və Kanadada iş icazəsi sahibləri üçün qanunda istisnaların olacağını açıqladı.

Kanadanın mənzil tikintisi naziri Əhməd Hüseyn izah edib ki, qadağa daşınmaz əmlaka mənzil kimi deyil, pul yatırmaq imkanı kimi baxan investorların daşınmaz əmlak bazarına girməsini çətinləşdirmək məqsədi daşıyır.

"Bu qanunla biz kanadalıların ev sahibi olmasını təmin etmək istəyirik – bu, ölkədə yaşayanların hamısının xeyrinədir", - o, deyib.

Nəşrin məlumatına görə, Kanadada mənzil qiymətləri çox yüksək olaraq qalır.

Qeyd edək ki, 2022-ci ildə mənzillərin qiymətləri 2013-cü ilin qiymətlərini (orta hesabla təxminən 300 min dollar) 48% üstələyib. Kanada mənzil bazarı dünyanın ən bahalı bazarlarından biri olmaqda davam edir - Yeni Zelandiyadan, ABŞ və Böyük Britaniyadan da baha. Kanadanın ən böyük şəhərlərində mənzillərin orta qiyməti isə bir milyon Kanada dollarını keçir.

Bu bahalıqda mənzillərin sahibi olmaq isə o qədər də asan deyil...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN