İlin əvvəlindən Ukraynada soğanın qiyməti orta hesabla 12% artıb, indi əksər fermerlər onu  kiloqramı 25-28 qrivendən  (təqribən 1 manat 16 qəpikdən 1 manat 30 qəpik arası) ucuz olmadan göndərməyə hazırdır.

EastFruit layihəsinin analitiklərinin qeyd etdiyi kimi, bu dövrdə Ukraynada soğanın bahalaşması nisbətən az istehsal olunan mövsüm üçün ənənəvi adlandırıla bilər.

Bu günə kimi fermerlər təchiz olunmayan anbarlardan məhsulun satışını demək olar ki, başa çatdırıblar və son günlər bu məhsullara tələbat sabit qaldığından yüksək keyfiyyətli soğan baha qiymətə satışa çıxarılır.

Ekspertlərin fikrincə, növbəti bahalaşma nəticəsində Ukraynada soğan artıq 2022-ci ilin eyni dövrü ilə müqayisədə orta hesabla 3 - 4 dəfə bahalaşıb.

Fermerlər əmindirlər ki, təsərrüfatlarda yüksək keyfiyyətli soğan ehtiyatı məhdud olduğundan bu məhsulların qiyməti artmaqda davam edəcək. Bundan əlavə, fermerlərin əksəriyyəti cari satış dərəcələrinin saxlanması şərti ilə qiymətlərə yuxarıya doğru yenidən baxılmasını davam etdirmək niyyətində olduqlarını bəyan edirlər.

Qeyd edək ki, son bira ayda Azərbaycanda da söğanın qiyməti bahalaşmaqda davam edir (kiloqramı 1 manat və daha baha).

 

Y.MƏMMƏDLİ

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN