2023-cü ilin ilk öngünlüyüdür və artıq Rusiyanın Federasiyasının Rostov vilayətindən Azərbaycana 27 tondan çox ət və ət məhsulları tədarük edilib.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

Ölkəyə gətirilən ət və ət məhsulları üçün Rusiya ərazisindən ixrac icazəsi “Argus” avtomatlaşdırılmış sistemi üzərindən verilib.

Xatırladaq ki, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda ət istehsalı 364.2 min ton olub, bu isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.9 % çoxdur. Hesablamalara görə, əvvəllər istehlak səbətində adambaşına düşən ət və ət məhsulların payı 33 kq təşkil edirdisə, hazırda bu rəqəm 44 kq civarındadır. Ötən ən il yanvar-avqust aylarında 26 min 149 ton ət idxal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.8 % çoxdur. Mütəxəssislərin hesablamalarına görə, Azərbaycanın ət və süd məhsulları ilə özünü təmin etməsi üçün 450 min baş mal-qaraya ehtiyacı var. Lakin ölkədə cəmi 40 min baş damazlıq mal-qara var.

Onu da qeyd edək ki, ölkədə qoyun və dana ətinin qiyməti ötən il də bahalaşmaqda davam edib. Sümüksüz dana ətinin qiyməti 18 manat civarındadır. Və qiymətlərin yenə də sabit qalacağı da görünmür...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN