“Daxildə emal” müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycanın gömrük ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurudur.

 Bu fikri İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Bəxtiyar Əliyev “daxildə emal” xüsusi gömrük prosedurundan istifadənin sadələşdirilməsi, səmərəliliyinin və ixracyönümlü yerli istehsalın artırılması məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli Qərarını KİV-ə şərh edərkən bildirib.

 O, qeyd edib ki, “Emal əməliyyatları” dedikdə malların hazırlanması, emalı, təkrar emalı və təmiri başa düşülür.

““Daxildə emal” proseduru altında yerləşdirilən xarici xammallar gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında (idxal gömrük rüsumları, malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər) istifadə edilir”, - deyə şöbə müdiri izah edib.

Xatırladaq ki, “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na dəyişiklik edilib.

 Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarda malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan alqı-satqı müqaviləsi əsasında həmin malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi imkanının yaradılması nəzərdə tutulur.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN