2023-cü ilin 1-ci rübündə ABŞ ÜDM-i ilə bağlı məlumatların açıqlanmasından əvvəl, çərşənbə günü dollar avro və yen qarşısında ucuzlaşır.

TEZADLAR.AZ xəbər verir ki, avronun dollara nisbətdə məzənnəsi 1,0972 dollardan 1,1044 dollara yüksəlib (avro dollar qarşısında 0,6% bahalaşıb). Dolların yen qarşısında məzənnəsi 133,71 yendən 133,56 yenə düşüb. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,53% azalaraq 101,32 bənd təşkil edib.

Cümə axşamı ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) ilə bağlı məlumatlar dərc olunacaq. Analitiklər proqnozlaşdırırlar ki, ABŞ iqtisadiyyatı, ilkin hesablamalara görə, keçən ilin dördüncü rübündə 2,6 faiz artdıqdan sonra birinci rübdə 2 faiz artıb.

Gələn həftə, mayın 2-3-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) iclası olacaq. CME Group tərəfindən sorğuda iştirak edənlərin 70%-dən çoxu FED-in faiz dərəcələrini növbəti dəfə 0,25 bənd artıraraq 5-5,25%-ə qaldıracağı gözləyir.

marja

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN