Ukrayna ilə müharibənin ağrı-acısı hələ çox zamanlar Rusiya cəmiyyətinin həyatında, eləcə də iqtisadiyyatında, digər sahələrində özünü büruzə verəcək.

«Təzadlar»a daxil olan müraciətlərdə də aydın şəkildə qeyd edilir ki, hazırda nəinki dünyanın əsas güclü ölkələri Rusiya ilə maliyyə-bank sisteminə nöqtə qoyub, eləcə də Rusiyanın xarici ölkələrdəki bank hesablarındakı yüz milyard dollarlarla olan aktiv vəsaitləri döndurulub, yaxud Ukraynanın xeyrinə müsadirə edilib.

***

Azərbaycandan da Rusiyaya pul kökürmək və ya Rusiyadan pul qəbul etmək çətin sual olaraq qalır. Tanınmış araşdırmaçı jurnalist Müsəllim Həsənli özünün sosial platformasında bu qəliz məsələyə şəxsinin yaşadığı konkret hadisə ilə aydınlıq gətirib. Jurnalist yazır: «…Heç bilirsiniz ki, indi Rusiyaya pul köçürmək nə qədər mürəkkəb olub? Mən də bilmirdim. İndi bildim. Bu yaxınlarda Moskvada olarkən Rusiyanın Ən Yeni Tarix Arxivinə də baş çəkmiş, “XX yüzillik...” layihəsi üçün “xoruz səsi eşitməyən” məlumatlar tapmışdım. Azərbaycan tarixi barədə... Həmin materialların surətini əldə etmək üçün müqavilə imzaladım. Ödəniş sənədləri mən Bakıya qayıdandan sonra e-mail ünvanıma çatdı. Ödəniş üçün dünən banka getdim. Bankda gənc xanım təqdim etdiyim sənədə baxdı və elan etdi: «Siz Rusiyaya 9 min rubl göndərmək üçün 75 dollar komissiya haqqı ödəməliisiniz...».

Başa düşmədim! Təxminən 110 dollar göndərmək üçün 75 dollar?

Cavab: «Rusiya indi sanksiya altındadır...»

Deyirəm qızım, indiki halda sanksiya altında mən oluram. Rusiya tələb etdiyi rublu alır, amma əlavə 75 dollar rüsum məndən çıxır!

Ən maraqlısı bilirsiniz nə oldu? Mənə göndərilən hesab-fakturada malın adı bölməsində “rəqəmsal obraz” yazılıb. Sayı bölməsində isə 149,000 (149-dan sonra vergül və 3 sıfır). Bu, əslində 149 səhifə “rəqəmsal obraz” – yəni 149 səhifə arxiv materialı deməkdir. Gənc bank işçisi sənədə bir az da diqqətlə baxıb deyir: Komissiyanın çoxluğuna niyə narazılıq edirisniz ki? Xüsusən də ona görə ki, siz ölkəyə 149 min ədəd nədirsə gətirirsiniz...».

Bax belə! Mən ölkəyə 149 min yox, cəmi 149 səhifəlik tarixi sənəd gətirmək istiyirəm. O da hələ ki, mümkün olmur...».

Belə! Əlavə şərhə ehtiyac varmı?!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN