2023-cü ilin birinci rübündə Qazaxıstanda orta əmək haqqı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19,3% artaraq 340 636 tenge (təqribən1286 manat) təşkil edib.

Bu barədə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyinin Milli Statistika Bürosu xəbər yayıb.

Eyni zamanda, büronun məlumatına görə, 2023-cü ilin birinci rübü üçün Qazaxıstanda əmək haqqının median dəyəri 225 736 tenge (təqribən 852 manat) təşkil edib.

Bu il yanvarın 1-dən minimum əmək haqqı 70 min tenge (təqribən 264 manat) müəyyən edilib.

Xatırladaq ki, Qazaxıstanda 2022-ci ilin ikinci rübünün qiymətləndirməsinə görə, əmək haqqının median dəyəri 196 728 tenge (təqribən 699.17 manat) təşkil edib. Həmçinin Qazaxıstanda 2022-ci ilin ikinci rübündə nominal əmək haqqının orta dəyəri 312 011 tenge (təqribən 1108.88 manat) təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycanda orta aylıq əmək haqqı 830 manat təşkil edib. Cari ildə bu rəqəmin 850 manata çatdırılacağı planlaşdırılır.

Minimum aylıq əməkhaqqının məbləği isə 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN