Tezadlar.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, Macarıstanın qaz anbarlarında 1,9 milyard kubmetr yanacaq var.

Bu, qışa etibarlı şəkildə hazırlaşmağa imkan verir. Bundan əvvəl hökumət istehlakı azaltmaq üçün tədbirlər görüb. Hazırda anbarda əvvəlki istilik mövsümünün sonuna nisbətən iki dəfə çox qaz var.

Macarıstan hakimiyyəti ötən ilin yayında enerji sektorunda fövqəladə vəziyyət elan edərək, xəstəxanalar və sosial qurumlar istisna olmaqla, dövlət qurumlarına yanacaq sərfiyyatını dörddə bir azaltmağı tapşırmışdı. Dövlət müəssisələrində +18 dərəcə temperatur həddi müəyyən edilib. Həmçinin, qənaət məqsədilə məktəblilərin və dövlət qulluqçularının qış tətilinin bir həftə müddətində yanvarın 8-dək uzadılması qərara alınıb.

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycandan qaz idxalı və Qara dəniz şelfindən hasilat dənizə çıxışı olmayan Avropa ölkələri üçün tədarükün şaxələndirilməsinin mümkün yollarıdır. Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya bu yaxınlarda "Həmrəylik halqası" adlanan bunun üçün zəruri infrastrukturun tikintisinə başlamaq üçün anlaşma memorandumu imzalayıblar.

Qara dənizin hələ də işlənilməmiş qaz yataqlarında da böyük imkanlar var, onların kəşfiyyatı yaxın beş il ərzində başlaya bilər.

Qeyd olunur ki, Macarıstan hazırda Sloveniya istisna olmaqla, bütün qonşuları ilə ikitərəfli qaz kəməri sistemləri ilə bağlıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN