Rusiyanın 17 vilayətinin Azərbaycanın müəyyən regionları və ya sənaye mərkəzləri ilə əməkdaşlıq müqaviləsi var.

Bunu rusiyalı ekspert, iqtisad elmləri doktoru, professor Stanislav Tkaçenko KIV-ə açıqlamasında bildirib.

O, diqqətə çatdırıb ki, Azərbaycanın turizm potensialı böyükdür və son zamanlar Azərbaycana istirahətə gələn rusiyalı turistlərin sayı da artmaqdadır.

Ekspert vurğulayıb ki, Rusiyadan Azərbaycana yatırılan sərmayələrin böyük hissəsi “Lukoyl”un, eləcə də enerji sektoru ilə bağlı digər şirkətlərin hesabına həyata keçirilir.

“Amma söhbət perspektivli investisiya sahələrindən gedirsə, mən yenə də turizm, kənd təsərrüfatı, sənaye kimi sahələri qeyd edərdim”, - deyə bildirib.

Qeyd edək ki, Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 761 milyon 547 min dollar təşkil edib.  Bu isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın çoxdur. Azərbaycanın ümumi idxalının 21,34 faizi Rusiyanın payına düşüb. Azərbaycanın Rusiyaya ixracı isə 195 milyon 934 min dollar təşkil edib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfəyə yaxın çoxdur. Ölkəmizin ümumi ixracının 4,33 faizi Rusiyanın payına düşüb.

Xatırladaq ki,  2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 710 milyon 240 min dollar təşkil edib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN