Belə ki, Azad İstehlakçılar İctimai Birliyinin rəhbərliyi və Birliyin idarəcıliyi altında daha iki QHT-nin iştirakcılığı əsasında koalisiya yaradılıb.

Birliyin sədri Eyyub Hüseynov «Təzadlar»a açıqlamasında bildirib ki, layihə 5 ay müddətində Beyləqan rayonu və ətraf qəsəbələrdə  həyata kecirilir. Koalisiyaya daxil edilmiş digər iki QHT isə ”Şəfa”Psixoloji Sosial Yardım” İctimayi Birliyi və  “Cəmiyyətin Davamli İnkişafına Yardım” İctimai Birliyidir. «Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə QHT koalisiyası tərəfindən Beyləqan rayonunda həyata keçirilən “Vətən müharibəsi iştirakçılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək” layihəsinin icrası da uğurla davam edir. Vətən Müharibəsi Qazilərinə qurulmuş 5 ədəd hər biri 100 kvm.-lik istixanalarda pomidor şitillərinin inkişafı norma üzrə davam edir. İstixanalarda bitkilərin inkişafı əladır. Pomidor çiçəkləmə fazasındadır. Tək-tək xərda pomidorlar da görünməkdədir. Xiyar əkənlər isə artıq bir həftədir ki, məhsuldan istifadə edirlər. Paralel olaraq hədəf faydalananlara hər biri 10 nəfərdən ibarət 2 qrupda fərdi təsərrüfatın səmərəli inkişafı üzrə bacarıqlarının artırılması üzrə 3 mövzuda -“Tərəvəzçiliyin örtülü sahədə təşkili”, “Marketinq- davamlı bazar araşdırmaları” və “Ailə büdcəsinin səmərəli idarə olunması” təlimləri keçirilmişdir», -deyə E.Hüseynov əlavə edib.

Həmsöhbətimiz onu da bildirdi ki, təlimlər geniş bilik və təcrübəyə malik olan təlimçi Mehman Əliyev tərəfindən keçirilmişdir. Həmçinin “Şəfa” Psixoloji-sosial yardım İctimai Birliyinin psixoloqları tərəfindən fəaliyyət planına uyğun olaraq Qazilərə yerində fərdi qaydada psixoloji xidmət göstərilmişdir. O da məlum olur ki, Aqrar Xidmətlər Agentliyinin nəzdində yaradılmış “Regional Aqrar Təlim Mərkəzi”nin əməkdaşı İmamverdi Əliyev də layihə heyəti üzvləri ilə istixanalarda olmuşdur. O, layihə benefisiarlarına lazımi metodiki təlimat və tövsiyyələr verib. «Layihə heyəti olaraq bütün imkanlardan maksimum istifadə etməklə layihəni uğurla başa vurmağa çalışacağıq…», -deyə E.Hüseynov sonda bildirib.

Teyyub Əlioğlu

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN