Ukraynanın Yenidənqurma Nazirliyi bildirib ki, Rusiya Taxıl Sazişinə uyğun olaraq Ukraynanın kənd təsərrüfatı məhsullarını daşıyan gəmilərin qeydiyyatına və yoxlanılmasına mane olub.

Tezadlar.az xəbər verir ki, bu barədə bəyanat departamentin saytında yerləşdirilib.

“Rusiya Federasiyası bir daha faktiki olaraq “taxıl sövdələşməsini” dayandırdı, gəmiləri giriş üçün qeydiyyata almaqdan və onların yoxlamalarını aparmaqdan imtina etdi. Bu yanaşma mövcud müqavilənin şərtlərinə tamamilə ziddir”, - nazirlikdən vurğulayıblar.

Ukrayna agentliyinin məlumatına görə, hazırda Türkiyənin ərazi sularında yoxlamanı gözləyən 90 gəmi var, onlardan 62-si yüklənir.

Qeyd edək ki, taxıl müqaviləsinin müddəti mayın 18-də başa çatır.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi yaxın vaxtlarda taxıl müqaviləsi ilə bağlı yüksək səviyyəli görüşün keçiriləcəyini açıqlamışdı. Nazirlik Rusiyanın ərzaq təhlükəsizliyini təmin etmək üçün səylər göstərdiyini vurğulayıb. Bundan əlavə, qeyd edilib ki, Moskva kənd təsərrüfatı məhsullarının ixracı və gübrə ixracına qoyulan məhdudiyyətləri aradan qaldıra bilsə, dünyanın bir çox ölkələri faydalanacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN