Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 046 681,4 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,7 faiz çoxdur.

TEZADLAR.AZ xəbər verir ki,  Komitənin dərc etdiyi göstəricilər əsasında vergiler.az-ın apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 21 faiz artaraq 496,589.2 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 25,2 faiz artaraq 1 470 764,3 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk üç ayında daxilolmalar 56,3 faiz artaraq 62 297,4 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 17 030,5 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 1,5 faiz çoxdur.

Bu ilin aprel ayında Komitənin xətti ilə dövlət büdcəsinə 501 711,4 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 22,5 faiz çox, bu ilin mart ayı ilə müqayisədə isə 6,4 faiz azdır.

Apreldə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni ayı ilə müqayisədə 21,1 faiz artaraq 130 507,3 min manat olub. Mart ayı ilə müqayisədə isə bu göstərici 5,1 faiz artıb.

Bununla yanaşı, cari ilin aprel ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 22,1 faiz artaraq 349 830,0 min manat (bu ilin mart ayı ilə müqayisədə 10,9 faiz az), aksizlər üzrə 71,6 faiz artaraq 18 309,0 min manat (mart ilə müqayisədə 28,7 faiz çox), yol vergisi üzrə daxilolmalar isə 34 faiz azalaraq 3 065,1 min manat (mart ilə müqayisədə 40,7 faiz az) təşkil edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN