Azərbaycanın 3 sənaye parkı 10 ölkənin 40 sənaye parkları siyahısında ilk onluqda yer alıb.

TEZADLAR.AZ İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, bu barədə “BIK Ratings” reytinq agentliyinin hazırladığı siyahıda qeyd edilib. Belə ki, sənaye parklarının reytinq siyahısında Azərbaycanla bərabər, Belarus, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rusiya, Özbəkistan və Estoniya yer tutublar.

Reytinq hazırlanarkən sənaye parklarının vergi mühiti, infrastrukturu, ölkəyə giriş şəraiti, ölkədə insan inkişafı indeksi, makroiqtisadi və siyasi mühit üzrə göstəricilər təhlil edilib.

Nəticədə ilk onluğa İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkı (3-cü yer), Pirallahı Sənaye Parkı (7-ci yer) və Qaradağ Sənaye Parkı (10-cu yer) daxil olublar.

Bu reytinqdə ilk yeri “Velikiy Kamen” Çin-Belarus Sənaye Parkı tutub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN