Cari ilin aprel ayının 27-dən mayın 14-dək əkin sahələrinə, meyvə bağlarına dəymiş ziyanla bağlı Aqrar Sığorta Fonduna 37 rayondan 219 müraciət daxil olub.

TEZADLAR.AZ Fonda istinadən xəbər verir ki, 4 gün ərzində Şəkidən külək, quraqlıq, Cəlilabaddan dolu, Biləsuvardan qasırğa, külək, zərərverici həşəratların hücumu, tufan, Qobustandan dolu, sel, Ucardan dolu, sel-subasma və s. hadisələrlə bağlı məlumatlar daxil olub.

“Son həftələrdə qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi bölgələrimizdən leysan yağışları, sel, subasma, külək, dolu və digər təbiət hadisələri barədə müraciətlər daha çox Goranboy, Tərtər, Zaqatala, İsmayıllı, Cəlilabad, Salyan, Oğuz, Ağdaş, Ağstafa, Şəki rayonlarında baş vermiş sığorta hadisələri ilə əlaqədardır. Dəymiş zərərlərin müəyyənləşdirilməsi üçün aqrar sığorta ekspertlərindən ibarət qruplar bölgələrə ezam olunub. Qruplara Türkiyədən dəvət olunmuş təcrübəli, aqrar sığorta sahəsində lisenziyalı ekspertlər rəhbərlik edir” – deyə açıqlama bildirilib.

Qeyd eədk ki, artıq ekspert qrupları bir çox sığortalanmış təsərrüfatlarda zərərin ilkin qiymətləndirilməsini həyata keçiriblər. İlkin qiymətləndirmə dəymiş zərərin düzgün hesablanması və zərər ödənişlərinin vaxtında olunması üçün önəmlidir.

Fonddan verilən açıqlamaya görə, yekun qiymətləndirmə məhsul yığımından və biçindən öncə təsərrüfat sahiblərinin müraciəti əsasında aparılacaq, dəymiş zərər müəyyən olunacaq. Və bu nəticələrə əsasən, zəruri sənədlər təqdim olunduqdan sonra 7 iş günü ərzində fermerlərə ödənişlər həyata keçiriləcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN