Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü taxıl müqaviləsinin 60 gün uzadıldığını bildirib.

"Mən bütün dünyaya xoş xəbər çatdırmaq istərdim. Ölkəmizin intensiv səyləri ilə və şəxsən mənim təşəbbüsümlə yaradılmış Qara Dəniz Taxıl Dəhlizi haqqında sazişdən xəbəriniz var. Türkiyə rəhbərliyi, Rusiya və Ukraynanın konstruktiv mövqeyi və BMT-nin yardımı sayəsində İstanbulda imzalanan sazişin uzadılmasının son müddəti (18 may) başa çatıb. Qara dəniz taxıl dəhlizi üzrə sazişin daha 2 ay uzadılması qərara alınıb. Mən bu qərarın bütün tərəflər üçün faydalı olmasını istəyirəm. Biz sazişin bütün şərtlərini yerinə yetirərək, gələcəkdə də səylərimizi davam etdirəcəyik. Rusiyalı dostlarımız Türkiyə gəmilərinin (Ukrayna) limanlarından çıxmasına mane olmayacaqlarını bəyan ediblər. Bunun üçün onlara minnətdarıq", - Türkiyə lideri bildirib.

Ərdoğan taxıl müqaviləsinin uzadılması ilə bağlı Putin, Zelenskiy və Quterreşə təşəkkür edib.

Türkiyə prezidenti bildirib ki, taxıl müqaviləsinin uzadılması Rusiya və Ukraynanın konstruktiv yanaşmaları sayəsində mümkün olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN