Millət vəkili “Günay Bank”ın əmanətçilərini narahat edən sualı cavablandırıb.

Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank"da olan əmək haqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək.

Bunu iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödəniləcək. “Belə ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləqvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara odənilir. Bunun üçün ləqvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir”,-  deyə izah edib.

Vüqar Bayramov diqqətə çatdırıb ki, həmin prosesə yaxın zamanlarda start veriləcək.

 Xatırladaq ki,  ötən gün Mərkəzi Bank “Günay Bank” ASC-nin lisenziyasının ləğv olunması barədə qərar verib. Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub, eləcə də kredit təşkilatına müvəqqəti inzibatçı təyin olunaraq onun idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya verilib.

Qeyd edək ki, millət vəkili Vüqar Bayramov daha əvvəlki açıqlamasında bildirimişdi ki, adı çəkilən  müflisləşən zaman depozitlərinin həcmi 108 milyon 566 min manat olub. Bu portfelin 38.5 milyon manatı sığortalanmış əmanətlərdir.
O, diqqətə çatdırmışdı ki, mövcud qaydalara əsasən, sığortalanmış əmanətlər tam olaraq kompensasiya olunaraq depozit sahiblərinə geri qaytarılacaq.

Lakin Vüqar Bayramov onu da vurğulamışdı ki, bankda olan 70 milyon manata yaxın əmanət sığortasızdır.

Y.MƏMMƏDLİ

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN