Artıq sirr deyil ki, ölkənin iri iaşə və ticarət şəbəkələrində də istehlakçı hüquqları müntəzəm olaraq pozulur...

Və istehlakçıların hüquqlarının pozulmasına qarşı səmərəli nəticələrə nail olmaq üçün ictimai fəaliyyəti ilə seçilən İstehlakçıların Hüquqlarının Müdafiəsi Birliyinin sədri Eyyub Hüseynovun rəhbərliyi ilə mümkün addımlar atılır. Lakin birlik sədrinin əlində daha sərt təsiredici hüquqlar və vasitələr olmadığından bəzən istehlakçı hüquqlarının pozucuları ortaq məxrəcə gəlmir, əməllərindən çəkinmirlər. Bununla belə, birliyin fəaliyyətinə olan istehlakçı məmnunluğu bir daha göstərir ki, bəzən dövlət orqanlarının belə həll edə bilmədiyi problemləri İstehlakçı Hüquqlarının Müdafiəsi Birliyi həyata keçirə bilir. Bunu son vaxtlar birliyə daxil olan istehlakçı şikayətlərinin ictimailəşməsi və tərəfimizdən reallaşdırılan jurnalist araşdırmasının inanılmaz nəticəsi də göstərir. Belə müsbət nəticəli birgə fəaliyyət barədə "Təzadlar"ın son saylarında və qəzetin elektron platformasında müntəzəm məlumatlar verilməkdədir.

 Beləliklə, Birliyin media olaraq "Təzadlar"la müştərək fəaliyyəti hüquqları pozulmuş istehlakçıların sonda minnətdarlıq dolu məktublarının daxil olması olduqca sevindirici haldır.

 Onu da deyək ki, birliyin sədri Eyyub Hüseynov yaxınlarda tezadlarTV efirində bu istiqamətdə daha səmərəli nəticələrə nail olmağın bir yolunu da qeyd etmişdi. Sitat: "...İstehlakçılar aldadılmamaq üçün mal alarkən həm də mütləq qaydada vitrindəki qiymətlə pul ödəyərkən verdikləri vəsait arasındakı fərqin marağında olmalıdırlar. Bunun üçün isə mütləq qaydada kassa çekini tələb etsinlər. Çünki birliyimizə daxil olan şikayətlərin bir qismi də malın vitrindəki qiyməti ilə sonradan kassaya ödənilən pulun miqdarı arasındakı böyük  fərq barədə olur. Ona görə də mal alarkən mütləq kassa çeki tələb edin..." və sair.

Sevindirici haldır ki, E.Hüseynovun  TezadlarTV-də səslənən bu təklifi Dövlət Vergi Xidməti tərəfindən diqqətə alınıb və artıq neçə gündür paytaxtda və bölgələrdə sosial reklamlara çevrilmişdir.  Həmin reklam lövhələrindən birini Bakıda ictimai gediş-gəlişli Afiyəddin Cəlilov küçəsində qeydə aldıq...

SONDA: istehlakçılar, ayıq və sayıq olun, sizi aldada bilərlər!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN