Gürcüstan şərab istehsalçıları 2023-cü ilin yanvar-aprel aylarında Rusiyaya ixracatını 55% artırıb.

Gürcüstanın Milli Statistika Xidmətinin dərc etdiyi məlumatlara görə, ölkə 2023-cü ilin yanvar-aprel aylarında Rusiya Federasiyasına şərab tədarükünü 55% artırıb, tədarükün həcmi 52,3 milyon dollar təşkil edib.

Diqqətə çatdırılır ki,  Rusiyaya mal ixracının ümumi həcmində şərabın payı 23,4% təşkil edib. Gürcüstan Rusiyaya ferroərintilər, avtomobillər və mineral su da verir.

Birinci rübdə Rusiyadan Gürcüstana mal idxalı 622,2 milyon dollar təşkil edib, idxalın üçdə biri neft və neft məhsullarının tədarükünün payına düşüb.

***

Qeyd edək ki, ötən yay Gürcüstanın Milli Şərab Agentliyinin rəhbəri Levan Mexuzla bəyan etmişdi ki, Gürcüstan Rusiyaya şərab ixracını azalda və Rusiya bazarının ixracdakı payını 40 faizə qədər endirə bilər.

 O, açıqlamasıda  ABŞ-a yönəlmiş çox yaxşı marketinq kampaniyalarına sahib olduqlarını, 2021-ci ildə gürcü şərabının ABŞ-a ixracının 16 faizə qədər artdığını və 2025-ci ilə qədər Gürcüstanın ABŞ-a ildə beş milyon şüşə şərab satmaq niyyətində olduğunu da vurğulamışdı.

Görünən odur ki, Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi yenidən artmaqdadır və buna heç kəs mane ola bilməz .

Xatırladaq ki, bir neçə gün əvvəl, hətta  Aİ Rusiyanın uçuş qadağasını ləğv etmək qərarından sonra Gürcüstanın Rusiyaya və Rusiyadan uçuşları bərpa etmək qərarından təəssüfləndiyini və narazı qaldığını da bəyan etmişdi.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN