Rusiyada ən populyar Aİ-92 benzininin qiymətnin artımı gözlənilir.

Belə ki, Rusiya birjasında bu benzinin qiyməti “rekord”a imza atıb: bir tonu 60 min rubla yaxınlaşıb.

Bu gün Sankt-Peterburq Beynəlxalq Əmtəə Xammal Birjasında (SPBƏXB) ticarət zamanı o ilk dəfə olaraq bir ton üçün 59 min rublu ötərək tarixi rekordunu yeniləyib.

Rusiya KİV-nin məlumatına görə,  istilik mövsümü hələ başlamasa da, mazut da  1,07% bahalaşıb və hazırda bir tonu 18 442 rubl təşkil edir.

Lakin AI-95 benzininin dəyəri az da olsa aşağı düşüb -  0,05%. Bir ton üçün 65,967 rubl təşkil edir. Dizel yanacağı da 0,13% ucuzlaşıb - indi bir ton üçün 51 871 rubl təşkil edir.

 Xatırladaq ki, cari ilin fevral ayında Rusiyada Aİ-92 benzininin qiyməti kəskin artaraq 1 ton üçün 38 362 rubl təşkil etmişdi. Və bu 2022-ci ilin oktyabrından sonra çox böyük artım hesab edilmişdi. 4 ay sonra isə bu benzinin 1 tonunun qiyməti 21 min rubldan çox bahalaşıb.

Həmin vaxt (fevralda) Aİ-95 markalı benzinin 1 tonun qiyməti isə 41 731 rubla çatmışdı. İndi isə tonu 65,967 rubl təşkil edir. Fərq göz önündədir...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN