İşçilərin Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması: Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, Respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat təyin edilmişdir.
Bunu TEZADLAR.AZ-a hüquqşünas Azər Quliyev bildirib.
"Ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.  Ezamiyyə xərclərinin 1 günlük normasına: gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.
Ezamiyyı zamanı nəqliyyat xərcləri: (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir.
Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir", - deyə hüquqşünas diqqətə çatdırıb.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN