Bu ilin yanvar-iyun ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 3605 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

 "Azərbaycan İqtisadiyyatı" Teleqram kanalı Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən 2006 fiziki və hüquqi şəxsə 41 milyon manat məbləğində güzəştli kredit verilib ki, bunun 31,3 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 250 min manatı güzəştli kreditlər, 9,5 milyon manatı isə mikrokreditlərdir.

Cari ilin ilk 6 ayında AKİA tərəfindən 1522 baş damazlıq heyvanın (646 baş iribuynuzlu, 876 baş xırdabuynuzlu) alışına 2,3 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 43,8 milyon manat məbləğində güzəştli vəsait ayrılıb.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN