...2023-cü ilin iyun ayında Gürcüstana xaricdən həyata keçirilən pul köçürmələrinin həcmi 353 milyon, 200 min ABŞ dolları (924 milyon, 500 min lari) təşkil edib.

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə məlumat Milli Bankın yayımladığı statistikada öz əksini tapıb. Bildirilir ki, qeydə alınan göstəricilər ötən ilin iyun ayının analoji göstəriciləri ilə müqayisədə 17.4% (74.2 milyon ABŞ dolları) azdır. Xaricdən Gürcüstana pul köçürmələrinin əksəriyyəti (97,1%-i) 25 ölkənin payına düşüb. Sözügedən ölkələrdən Gürcüstana edilən pul köçürmələri ən azı 1 milyon ABŞ dolları təşkil edib. Pul köçürmələrinin 31.14%-i Avropa İttifaqı ölkələrinin payına düşüb. İyun ayında Gürcüstana ən çox pul köçürmələrinin baş tutudğu TOP 10 ölkənin statistikası aşağıdakı kimidir:

●Rusiya - 129 milyon, 310 min dollar;

● İtaliya - 42 milyon, 930 min dollar;

● ABŞ - 38 milyon, 730 min dollar;

● Yunanıstan - 20 milyon, 280 min dollar;

● Almaniya - 20 milyon, 190 min dollar;

● İsrail - 19 milyon, 490 min dollar;

● Qazaxıstan - 17 milyon, 17 min dollar;

● Türkiyə - 10 milyon, 680 min dollar;

● İspaniya - 5 milyon, 180 min dollar;

● Fransa - 4 milyon, 790 min dollar.

 Nəhayət, bu ilin iyun ayında Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi 3 milyon, 420 min dollar, Polşadan 2 milyon 580 min dollar, Ermənistandan isə 1 milyon 610 min dollar təşkil edib. 2023-cü ilin iyun ayında Gürcüstandan xaricə köçürülən vəsaitin miqdarı isə 28,8 milyon ABŞ dollar (75,5 milyon lari) təşkil edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN