Bu Qərarı qəbul edənlər nədən fikirləşmirlər ki, işçinin işsizlik sığortası almaq hüququ qeydiyyata alınan gündən deyil, Əmək müqaviləsi ləğv olunduğu gündən yaranır.
Bu barədə TEZADLAR.AZ-a hüquqşünas Azər Quliyev bildirib.
Onun sözlərinə görə, aşağıda göstərilən bu qayda işçilərin əmək və işsizlikdən sığorta almaq hüququnun pozulmasına səbəb olur.
"Əmək müqaviləsi ləğv edilmiş və işsizlik sığorta pulu almaq hüququ olan işçilərə - bu ödəniş nədə işdən azad olunduqları gün və ya gündən deyil, qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır?
Bu Qərarı qəbul edənlər nədən fikirləşmirlər ki, işçinin işsizlik sığortası almaq hüququ qeydiyyata alınan gündən deyil, Əmək müqaviləsi ləğv olunduğu gündən yaranır", - deyə hüquqşünas diqqətə çatdırıb.
O,  fikrini məsələyə uyğun misal çəkərək də izah edib:
"Bu barədə olan fikrimi sadə bir misalla izah edirəm: məsələn, 2023-cü ilin iyul ayının 31-də əmək müqaviləsi ləğv edilmiş işçi, 01 avqust 2023-cü ildə işsiz kimi qeydiyyata alınarsa, ona işsizlik sığortası 01 sentyabr 2023-cü ildın başlayaraq ödəniləcək.
Nəticədə, işsiz qalan, işsizlik sığortası almaq hüququ olan işçi 1 ay üçün işsizlik sığortası pulu ala bilməyəcək, bu sahədə hüququ pozulmuş olacaq
AR-sı Nazirlər Kabinetinin 28 dekabr 2017- ci il tarixli, 620 saylı "Sığorta ödənişinin verilməsi Qaydasının ”nın 4.6-c maddəsi: Sığorta ödənişi - sığorta olunmuç işçilərin “Məşğulluq haqqında” AR-sı Qanunu ilə işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır", - deyə Azər Quliyev xatırladıb.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN