Ermənistan Azərbaycan qazı üçün tranzit ölkə ola bilər. Bu təklif erməni nazirdən gəlib.

***

Ermənistan Azərbaycandan Avropa ölkələrinə qaz və elektrik enerjisinin keçəcəyi ölkəyə çevrilə bilər. Bu barədə Tbilisidə keçirilən "İpək Yolu" forumunda Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan bildirib.

Bundan əlavə, respublika elektrik enerjisinin verilməsinə də başlaya bilər.

“İrəvan Azərbaycandan Türkiyəyə elektrik enerjisinin nəqlində və ixracında, əks istiqamətdə isə hər iki ölkəyə, eləcə də İran və Gürcüstana elektrik enerjisinin ixracında rol oynaya bilər”, - Akop Vardanyan bəyan edib.

Hətta Vardanyan Azərbaycandan Ermənistana keçəcək həmin kəmərin bərpasının asan yolunu da tapıb.

Onun fikrincə, bunun üçün SSRİ dövründə Ermənistanın Azərbaycandan qaz aldığı boru kəmərləri  bərpa oluna bilər.

Əlbəttə, Azərbaycan tərəfi Ermənistanın da tranzit ölkə olaraq xeyir götürməsini düşünə bilər, amma bunun üçün bəlli şərtlər var. Ən əsası sülh, inam və səmimiyyət. Hələ ki, biz bunu Ermənistanda görmürük...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA