Bu gün Milli Məclisin iclasında Nazirlər Kabinetinin Hesabatı dinlənilib.

Martın 15-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

İclasda bildirilib ki, ötən il dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə əksər ölkələrdə, o cümlədən əsas ticarət tərəfdaşlarımızda inflyasiya təzyiqləri yüksəlmişdir.  Dünya Bankının əmtəə bazarlarına dair son məlumatlarına əsasən 2021-ci ildə əvvəlki illə müqayisədə enerji qiymətləri 77,0%, qeyri-enerji qiymətləri 20%-dən çox artmışdır. BMT FAO təşkilatının məlumatına görə, dünya ərzaq qiymətləri 23%-dən çox yüksəlmiş və son 10 ilin ən yüksək səviyyəsinə çatmışdır.

Hesabatda bildirilib, 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşmiş və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olmuşdur. Təsadüfi deyildir ki, 2021-ci ildə ölkəmizdə əvvəlki illə müqayisədə orta illik inflyasiya 6,7%, 12 aylıq inflyasiya isə 12% təşkil etmişdir. Ümumi inflyasiyanın 60%-i ərzaq inflyasiyanın payına düşmüşdür.  Tədiyə balansının profisitli olması və qəbul edilmiş makro-fiskal çərçivə məzənnə dayanıqlığını dəstəkləmiş, məzənnə sabitliyi inflyasiya idxalına və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərmişdir.  Qeyd olunub ki, antiinflyasiya siyasəti xüsusi aktuallıq kəsb edir və hazırda hökumətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir. Antiinflyasiya tədbirləri işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması məqsədi daşıyır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN