Milli Məclisin bu günkü iclasında Nazirlər Kabinetinin Hesabatı dinlənilib.

"Ümumilikdə, 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımı ilə bağlı sosial paket 3,4 mln. şəxsi əhatə edir."
Bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov  hesabat məruzəsi zamanı bildirib.
O, məruzəsində bildirib ki, ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 455 mln. manat vəsait sərf edilib ki, bu da 2020-ci illə müqayisədə 13% çoxdur, həmçinin, Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin 59% aqrar sektora yönəldilmişdir.
 
Daha sonra,  hesabat ilində əhalinin, xüsusilə də aztəminatlı və sosial cəhətdən həssas kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ödənilən sosial ödənişlərin, o cümlədən əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunduğu qeyd edilib.
 
Vurğulanıb ki, Prezident İlham Əliyevin tapşırığı əsasında reallaşdırılan sosial paket çərçivəsində 2022-ci ilin əvvəlindən ölkədə əməkhaqlarında növbəti artımlar edilib. Minimum aylıq əməkhaqqının 250 manatdan 300 manata çatdırılması ilə əlaqədar 800 min işçinin, o cümlədən maaşları Vahid Tarif Cədvəli üzrə müəyyən olunanların əmək haqqında orta hesabla 20 faiz artım baş verib. Minimum əməkhaqqı artımı üçün 2022-ci ilin dövlət büdcəsindən ayrılan əlavə illik vəsait 460 mln. manat təşkil edir. Ümumilikdə, 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımı ilə bağlı sosial paket 3,4 mln. şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir..
TEZADLAR.AZ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN