Rusiya taxılından asılı olan ölkələrdə vəziyyət necə olacaq?..

Xatırladaq ki, hələ ötən ilin mart ayından etibarən Rusiya taxılın ixrac vergisini artırmağa başlayıb. Elə o zaman da daha çox buğdanın ixrac vergisi qaldırılmışdı, lakin avro ilə hesablanmışdı.

Belə ki, şimal qonşumuz 2021-ci ildə  buğda ixracına tətbiq etdiyi vergini 1 martdadan etibarən 1 ton üçün 50 avro, 15 fevral-1 mart dövrü üçün 1 ton üçün 25 avro, 1 martdan 30 iyuna qədər 1 ton üçün 50 avro olaraq tətbiq olumağı barədə qərar vermişdi.

Arpa və qarğıdalının ixracı vergisi isə 15 mart-30 iyun dövrü üçün 10 avro/ton və 24 avro/ton olaraq təyin olunmuşdu. 

O zamandan bəri qiymətlər daha da artıb...

İndi Rusiya taxıl ixracı ilə bağlı vergini dollarla hesablayıb.

Beləliklə, buğdaya olan ixrac vergisi 1 ton üçün 131,6 dollardan 142 dollara,  arpa vergisi 92,8 dollardan 117,5 dollara, qarğıdalı vergisi isə 84 dollardan 86,5 dollara yüksəlib. Verginin ölçüsü indikativ qiymətlərə əsasən hesablanır. Müvafiq olaraq, buğdanın bir tonunun qiyməti 399,4 dollar, arpanın qiyməti 352,5 dollar, qarğıdalının qiyməti isə 308,6 dollar olub.

Qeyd edək ki, qərar bu gündən qüvvəyə minir.

Taxıl ixracında verginin artırılması isə o deməkdir ki, bu, Rusiya ixracından asılı olan ölkələrdə taxıl məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək.

Əlbəttə, ola bilər ki, bəzi ölkələrdə hökumət bu bahalanmanı xalqa yansıtmasın və ixrac vergisinin artan qisminin özü öhdəsindən gəlsin.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN